Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Balkondan zibil atanların valideynləri hara baxırdı?” - Kamran Əliyev

“Balkondan zibil atanların əksəriyyəti cavan insanlar idi. Onların evlərində valideynləri yox idi? Valideyn görmürdü ki, bu zibili hara atır? Ən azından müdaxilə olunmalı idi ki, ayıbdır, polis işçisi bizi qoruyur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev AzTV-də yayımlanan “Çıxışa doğru” verilişində deyib:

“Polis işçisi icazəsiz bayıra çıxan adama irad bildirməyə bilməz. O şəxslər həm də evdə oturan insanların da haqqına girirlər. Onlar bu qaydalara əməl edib evdə otururlarsa, demək, sən də oturmalısan. Sənin bayıra çıxmağın evdə oturanın haqqının pozulmasıdır. Qanuna tabe olub evdə oturan şəxslərin sayı minlərlə, milyonlarladır. Daxili İşlər Nazirliyinin rəhbəri şəxsi heyət adından evdə oturub qanuna riayət edən hər kəsə təşəkkürünü bildirdi”.

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
Son xəbərlər
Bütün xəbərlər »