Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft ölkəsi hasilatı azaltmaqdan imtina etdi

OPEK+ üzvlərinin əksəri hasilatın azaldılması ilə bağlı razılaşmanın müddətinin iyulun sonuna qədər uzadılmasına qol qoyub. Amma Meksika ümumi axına qoşulmaq istəməyib.

Bizimyol.info xəbər verir ki, Latın Amerikası dövləti hasilatı daha azalda bilməyəcəyini bəyan edib. Meksika onsuz da sutkalıq 100 min barel azalmaya getmişdi. Hərçənd, aprel razılaşması zamanı 400 min barel nəzərdə tutulmuşdu. Meksika sonradan bunun iqtisadiyyat üçün böyük çətinlik yaradacağını açıqladı.

OPEK+ üzvlərinin budəfəki razılaşması heç də asan başa gəlməyib. İraq, Nigeriya və Anqola heç cür yola gəlmək istəmirdi. Martdan münasibətləri soyuq olan Rusiya ilə Səudiyyə Ərəbistanı isə gözlənilmədən eyni mövqedən çıxış etməyə başlayıb.

Azərbaycan da hasilatın azaldılmasının müddətini artırmağa razılaşıb. Bizim ölkə sutkada 554 min barel neft hasil edir. İlin ilk kvartalında isə hasilat 718 min barel idi. Aprelin 12-dən sonra rəqəm 164 min barel azaldıldı. Bir şərtlə ki, iyunun 1-dən ilin sonuna qədər hasilat 582 min barelə qaldırılsın. Bazarda təklif tələbi üstələdiyindən, hasilatın artırılması da yubadılır.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› “Ermənilər girov götürülən Dilqəm və Şəhbazı da azad etməli idi”- Hüquqşünas
Son xəbərlər
Bütün xəbərlər »