Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda qalmaqal: Baş qərargah rəisi karantini pozdu, oğluna toy elədi - Video

Ermənistanda hər gün 500-600 nəfərin koronavirusa yoluxduğu, səhiyyə sisteminin çökdüyü bir vaxtda silahlı qüvvələrin Baş qərargah rəisi, general-leytenant Artak Davtyan Yerevandakı malikanəsində oğluna toy edib.

Virtualaz.org xəbər verir ki, “Hraparak” (”Meydan”) qəzeti Davtyanın qonşuluğundakı evlərdən birindən çəkilmiş videonu dərc edib. Videodan məlum olur ki, malikanənin həyətində yüzdən çox adamın iştirakı ilə toy mərasimi keçirilir. Kadrlara əsasən malikanənin qarşısında çoxlu avtomobillər, o cümlədən Müdafiə Nazirliyinin avtomobilləri dayanıb.

Bildirilir ki, baş nazir Nikol Paşinyan bundan xəbər tutub və fövqəladə vəziyyət rejimi üzrə komendant Tiqran Avinyan bir neçə polisin müşaiyəti ilə Davtyanın malikanəsinə gedib. Və toy yarımçıq dayandırılıb.

Davtyan özü isə bu gün məsələyə reaksiya verib. Bildirib ki, qanun qarşısında hamı bərabərdir. “Əgər mən hansısa pozuntuya yol vermişəmsə qanun qarşısında bütün məsuliyyətimlə cavab verəcəyəm. Əlbətdə, mənim fikricə pozuntu olmayıb, lakin qoy bunu müvafiq orqanlar araşdırsınlar. Bəzi KİV-ləri və adamları mənim ailəmin işlərinə qarışmamağa və məni siyasi oyunlara çəkməməyə çağırıram”, -o bildirib.

Xatırldaq ki, baş nazir Paşinyan ötən həftə ölkəsində koronavirusla bağlı vəziyyəti “cəhənnəm” adlandırmışdı və xəstəxanaların artıq yeni xəstələri qəbul edə bilmədiyini demişdi. Ermənistanda koronavirus pandemiyası ilə bağlı fövqəladə vəziyyət rejimi hökm sürür.

Son məlumata görə general Artak Davtyan istefa ərizəsi yazıb. Bu haqda “Sputnik Armenia” bildirir. Ehtimal edilir ki, Davtyanın istefa ərizəsi yazması həmin toy qalmaqalı ilə bağlıdır. Hələlik onun istefasının qəbul edilib-edilmədiyi haqda məlumat yoxdur.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »