Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradıması ilə bağlı sərəncam verib

Prezident İlham Əliyev “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması haqqında sərəncam imzalayıb.

Bizimyol.info xəbər verir ki, Prezidentin sərəncamında deyd edilir ki, Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilsin.

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun idarə olunmasını təmin edəcək.

Nazirlər Kabinetinə Dövlət Turizm Agentliyi, İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyası və Siyəzən Rayon İcra Hakimiyyəti ilə birlikdə iki ay müddətində “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun sərhədini və mühafizə zonasını müəyyənləşdirib təsdiqləmək, “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun ərazisinin xüsusi rejimini üç ay müddətində müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

“Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun fəaliyyəti ilə bağlı tələb olunan zəruri xərclər Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »