Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat özünü öldürmək istəyən qızla danışdı

Milli Məclisin deputatı Aydın Mirzəzadə Mingəçevir şəhərində yaşayan intihara cəhd etmiş yeniyetmə qız və onu çayda boğulmaqdan xilas etmiş gənc oğlana zəng edib.

Bizimyol.info xəbər verir ki, bu barədə deputat öz Facebook hesabında məlumat yayıb.

Aydın Mirzəzadə Aydın Mirzəzadə

“Bu gün mətbuatda Mingəçevirdə bir yeniyetmə qızın özünü Kür çayına ataraq intihara cəhd etməsi barədə məlumat yayıldı.

Elə indi onun ailəsinin telefon nömrəsini taparaq valideynləri ilə danışdım. Xanım qızın vəziyyəti ilə maraqlandım, ürək-dirək verdim, hər bir gəncin xalqımız üçün dəyərli olduğunu bildirdim. Gəncliyimin necə keçdiyini danışdım.

Qızın vəziyyəti yaxşıdır, hər şey arxada qalıb.

Eyni zamanda onu xilas edən Elşad adlı gəncə də zəng edib, onun qəhrəmanlığından qürur duyduğumu bildirdim”,- deyə deputat yazıb.

İlhamə Rəsulova

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »