Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlk 2000 universitet siyahasına bir dənə Azərbaycan Universiteti düşməyib

“Dünya Universitetlərin yeni reytinq qiymətləndirilməsi Səudiyyə Ərəbistanında yaradılın və 2016-cı ildən etibarən Dübayda fəaliyyət göstərən CWUR (Center for World university rankings) 2020-2021-ci tədris ili üçün dünya universitetlərinin reytinq cədvəlini dərc edib. Bu şirkət bir neçə ildir ki, təhlillər aparır və əvvəllər 1000 universitet və bu ildən 2000 universitet reytinqi çıxarılıb”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı alim, professor Saleh Məmmədov səsləndirib.

Saleh Məmmədov Saleh Məmmədov

Alimin sözlərinə görə, bu şirkətin reyting cədvəli də digər qiymətləndirici qurumlardan ciddi surətdə fərqlənmir. “Əksəriyyət göstəriciliər təqribən uyğundur. Bizi maraqlandıran öz ölkəmizin universitetləri və onun daxil olduğu qrup, ərazi universitetləri ilə müqayisəsidir. Çox təəssüf olsun ki, son illərdə, daha doğrusu müstəqillik qazandıqdan sonra Azərbaycan universitetlərində azacıq da olsa inkişaf, təkmilləşdirmə, mütərəqqi dinamika müşhidə olunmur. Bu reytinq cədvəlində də dünyanın 30 min universiteti içərisində ilk 2000 universitet siyahasına bir dənə olsun Azərbaycan Universiteti düşməyib. İlk 300-ün siyahasına heç bir müsəlman universiteti düşməyibdir, hətta təhsilin nisbətən yüksək olduğu Malaziya və Türkiyə universitetlərinin yeri də 400-cü yerlərdən sonra başlayır. Keçmiş Sovet ölkələri işərisində də ilk 2000 universitet siyahasında bütün qeyri-müsəlman ölkələrdən universitetlər var, lakin Sovet müsəlman ölkələrindən heç biri bu siyahaya düşməyib. Qonşu Qafqaz respublikalarından – Gürcüstanın 3 universiteti, Ermənistanın bir universiteti birinci minliyə düşmüşdür. Baltik ölkələrindən xeyli çox universitet bu reytinqi qazanmışdır, Rusiya, Ukrayna, Belarus və s. də həmçinin.

Biz heç cür dərk eləyə bilmirik ki, müasir şəraitdə təhsilsiz və elmsiz cəmiyyətdə tutduğumuz mövqeyimizi, oturduğumuz torpaqları da, dilimizi, tariximizi, müstəqilliyimizi də qoruya bilməyəcəyik. Çünki, ətraf, hamı elm, təhsillə inkişafa doğru irəliləyirlər, biz geri gedirik. Vaxt var idi qoçaqlıq, dözüm, fiziki güc hesabına heç yoxsa, indiki qədər qoruna bilirdik. Bir azərbaycanlı fiziki güc etibarı ilə xeyli güclü ola bilər, şərti düşmənə qarşı tab gətirə bilər. Amma, başqaları sənin üstünə indi qol gücü ilə gəlmir, milyonları məhv edə biləcək texnika, ixtiralarla, atomla, nüvə, raketlə gəlir. Yaşamaq üçün başqa yol qalmır, sən yenə də yava, balta, xəncərlə lazer silahlarının, raketlərin üstünə getməyi düşünürsənsə, əvvəlcədən məhvini gözünün önünə almış hesab olursan. Bu gün eyni durumdayıq, elmə, təhsilə belə laqeyd münasibət məhvimizi və ya azadlığımızı itirəcəyimizi göz önünə almamızı göstərir. 4 milyonluq gürcülərin 3 universiteti birinci minliyə düşə bilir, 10 milyonluq Azərbaycanın bir dənə universiteti 2000 siyahasına düşə bilmir.

Yalnız Cənubi Azərbaycanın üç universiteti: Təbriz universiteti (992-ci yer), Təbriz Tibb Universiteti (1533) və Urmiyə Universiteti (1731) bu siyahada yer alıb.

Ayılmaq vaxtı çox daha əvvəl çatmışdır”,- deyə professor qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Türk hərbçiləri Ağdamda yerləşəcək - Rusiya mətbuatı
››› İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”
Son xəbərlər
Bütün xəbərlər »