Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı olimpiya çempionu koronavirusa qalib gəldi

Rusiyalı sərbəst güləşçi, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Abdulraşid Sadulayev koronavirusa qalib gəlib.

"Report"un məlumatına görə, bu barədə əslən Dağıstandan olan idmançı TASS-a açıqlama verib. Sadullayev bildirib ki, bu xəstəlik Dağıstanın şəhər və bölgələrində hər ailəni narahat edir. O, xəstəliyi yüngül formada keçirdiyini və evdə müalicə aldığını sözlərinə əlavə edib. İdmançı ağır xəstəliyi olanların xəstəxanalara yerləşdirildiyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirusa yoluxub.

Xatırladaq ki, Abdulraşid Sadulayev Rio-2016 Yay Olimpiya Oyunlarının yarımfinalında və ötən il Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatının finalında Şərif Şərifova qalib gəlib. Onların hər ikisi Dağıstanın Çarodin rayonunda anadan olublar.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ön cəbhəyə yardım aparan könüllülərin ikisi yaralanıb, ikisi itkin düşüb
Son xəbərlər
Bütün xəbərlər »