Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jurnalistlərin koronavirusa yoluxması xəbəri təsdiqlənmədi

Bakıda “Jurnalistlərin binası”nda iki nəfərin koronavirusa yoluxması barədə feyk xəbər yayılıb.

Xəbərdə “Xalq” qəzetinin sabiq əməkdaşı, hazırda təqaüddə olan Afət Sadiqoğlu və onun "İki Sahil" qəzetində çalışan həyat yoldaşında koronavirus aşkarlandığı, onların hazırda müalicə aldığı və vəziyyətlərinin stabil olduğu deyilir.

Bizimyol.info-nun sorğusuna cavab olaraq "Jurnalist Evi" MMC-nin direktoru Bünyamin İsmayılov bu  barədə məlumatsız olduğunu bildirib. B.İsmayılov bildirib ki, Afət Sadiqoğlu hazırda  jurnalistlər binasında yaşamırlar, evdə onun oğlu məskunlaşıb.

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə Bizimyol.info-nun sualını cavablandıraraq qeyd etdi ki, redaksiya heyətindən heç kim koronavirusa yoluxmayıb.

İlhamə Rəsulova

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »