Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Siyavuş Novruzov məmurlarla bağlı yeni həbslərin anonsunu verdi

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov rayon rəhbərləri arasında yeni həbslərin anonsunu verib.

Virtualaz.org-un məlumatına görə, S.Novruzov yerli mediaya müsahibəsində bildirib ki, hazırda rayonların icra hakimiyyətlərinin fəaliyyətinin yoxlanılması davam edir.

"Heç kim arxayınlaşmamalıdır. Bu proses çox çəkəcək. Məmurlar rüşvət almamalı, xalqa ləyaqətlə xidmət etməlidirlər",- deyə YAP rəsmisi vurğulayıb.

Xatırladaq ki, bu, Siyavuş Novruzovun ilk belə açıqlaması deyil. O əvvəllər bildirmişdi ki, mərkəzi icra hakimiyyətinin ən yüksək pillələrində məqsədyönlü şəkildə Prezident İlham Əliyevin siyasətinə qarşı çıxan insanlar var. Üstəlik, onların arasında bəzi nazirlər və dövlət komitələrinin rəhbərləri də yer alırlar.

Paylaş »
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »