Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Valideyn necə öz övladının düşməninə çevrilir...

Valideyn öz övladının düşməninə çevrilə bilərmi? Bilər. Həmdə bunu nifrətindən yox, ona qarşı olan kor, cahil sevgisiylə, cəmiyyət qarşısındakı borcu xatirinə edə bilər. Bilərək və istəyərək.

Bir neçə gün öncə 21 yaşlı Nağıyeva Günel Bəhram qızı sevmədiyi biri ilə ailə qurmağa məcbur edildiyi üçün intihar etdi. Öz əliylə öldürməsə belə təzyiqi , düşüncəsi ilə öldürdüyü balasını ,istəmədiyi adama ərə verildiyi üçün intihar edən qızı "Vağzalı" ilə dəfn etdilər.

Nə acı ironiyadır , valideynlərdə nə "Vağzalı" düşkünlüyüdür bu. O gözəl bala elə zamansız və istəksiz "Vağzalı"dan qaçmaq üçün intihar etməmişdimi?

Bilirəm ki, indi ən çox elə canı yanan ata - anasıdır, bu məcburiyyət də qızları üçün ən yaxşı yolun onların seçimi olduğunu düşünüblər.

Amma Azərbaycanda çox təəssüf ki, övladı ayrıca şəxsiyyət kimi qəbul etməyi hələ öyrənməyiblər. Hələ də başqalarının yerinə düşünməyin acısını yaşayan minlərlə ailə qurbanı var.

Bu səhər daha bir acı xəbər aldım, Oğuz rayonunda 2003-cü il təvəllüdlü Ülviyyə Bəxtiyar qızı Məmmədovanın meyiti səhər saatlarında yaşadığı evin həyətindəki talvardan asılı vəziyyətdə tapılıb. Başqa biir xəbəri mənə yaxın dostlarım verdilər. 15 yaşlı Ramin (ad şərtidir- red) siqaret çəkdiyi üçün atası tərəfindən döyüldüyünə görə canına qıyıb və onu özünü asdığı ipdən azyaşlı bacısı xilas edib.Bir valideynin övlada bundan ağır yara vurması mümkündürmü? Qardaşını ipdən alan, bu hadisə beyninə ömürlük qazılan balaca qızın faciəsi bir dərd, özünü döyüldüyü üçün , qüruru sındırılan yeniyetmə bir ayrı fəlakət.Soruşsan ata- ananın cavabı bu olacaq. “Daha nə etməliyik, yediyi önündə yemədiyi arxasında. Evi, eşiyi geyimi”.

Valideyn olaraq bununla vəzifə borcunu bitmiş hesab edir çoxları. Uşağını yaxşı məktəblərdə oxutmaq, onu eqoist, başqalarını acılayan, yekəxana biri kimi böyütmək də yaxşı valideyn olmaq demək deyil.Ümumiyyətlə valideyn olmaq sadəcə çörək vermək, öz bildiyi kimi tərbiyə etmək demək deyil. Övlad böyüyərkən insanın özünün də yetkinəşməsi böyüməsi deməkdir, dünya ilə yeni tanış olan fərdə düzgün yolu göstərməkdir, o yolla getməyi təqlin etmək, məcbur etmək demək deyildir valideyn olmaq.

Siaretə görə döymək, 3 aldığına görə uşağı aşağılamaq.... Saymaqla bitməz ki, valideynlərin yol verdikləri səhvlər.Özlərinin yetə bilmədikləri arzuları övladının şəxsiyyətində tamamlamaq cəhdləri, başqasının yerinə düşünmək,”övladım bunu edərsə elə- günə nə deyərəm” qorxusu.Ac qalsan o el ,o gün, o gözəgörünməz terrorçu dəstə kimi ömrümüzü günümüzü yeyən “eşidən- bilənlər” bir tikə çörək verməzlər, amma həyat yolunda qarşına dəfələrlə çıxıb ömrünü yaşamağa qoymazlar, bir də gözlərin nurdan, dizin taqətdən düşəndə görərsən ki, öz ömrünün dalınca keçib gedən qatarların dalınca baxan kimi baxmısan, bu da azmış kimi əzizlərinin , yaxınlarının da arzularının, xəyallarının, ömrünün qatilinə çevrilmisən. Çünki böyüklərindən belə görə- görə gəlmisən, sən də o yolu tutub getmisən. Amma o böyüklərin hər dediyi, sənə sırıdığı , biçdiyi yol düz idimi?Adət dedik, mentalitet dedik, qəbul etdik. Bəs düşündükmü heç? Sevgi dedik, boğacaq, əlimizdən buraxmayacaq, qanadını,qolunu qırıb qəfəslərdə saxlayacaq qədər sevdik. Bu sevgiydimi?

Düşündükmü?

İlhamə Rəsulova

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »