Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Honkonqda fəaliyyət göstərən ABŞ şirkətləri zərərə düşə bilər

Honkonqda fəaliyyət göstərən ABŞ şirkətləri həmin bölgəyə qarşı Ağ Ev tərəfindən sanksiya tətbiq edəcəyi halda zərər çəkə bilər.

“Report” “China Daily”yə istinadən xəbər verir ki, ABŞ Honkonqa verdikləri xüsusi gömrük bölgəsi statusunu ləğv etsə, ABŞ şirkətləri və onların bir çox əməkdaşları üçün bu məsələ çox baha başa gələcək.

Belə ki, Çinin xüsusi bölgəsi olan Honkonqda hazırda 85 mindən çox amerikalı yaşayır və işləyir, 1 300-dən artıq ABŞ şirkəti fəaliyyət göstərir, buradan mal və xidmətlər ixracatı, habelə birbaşa sərmayə qoyuluşları sayəsində ABŞ-da 210 minədək iş yeri yaranıb.

Honkonqla ticarət əlaqələri ABŞ-a ildə 30 milyard dollar həcmində gəlir gətirir.

Son xəbərlər
Bütün xəbərlər »