Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“İndi izolyasiya qaydalarına əməl olunmazsa, iki ay sonra bundan da pis nəticələr görəcəyik”

“Millətin bu virus məsələsinə məsuliyyətsiz yanaşdığını deyənlərdən və elə bu məsələni ictimailəşdirən biri də mən idim. Bu gün yaşanacaqları iki ay əvvəlcədən görürdüm”.

Bunu Bizimyol.info-ya açıqlqmasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının əməkdaşı, tibb elmləri doktoru Nuran Abdullayev bildirib.

Nuran Abdullayev Nuran Abdullayev

Həkim hesab edir ki, bu virusa məsələsinə laqeyd yanaşanlar üç qrupa bölünürlər: “Birinci qrup həqiqətən, kifayət qədər təhsili olmayanlardır. Onlara zaman ayrılıb izah olunarsa, başa düşüb əməl edə bilərlər.

İkinci qrup birbaşa özlərinin və ailələrinin bu pandemiyaya görə yaranan maddi problemlərini virusa yoluxmaqdan üstün tutan şəxslərdir. Bu təbəqə virusun təhlükəsini çox gözəl anlaya bilər, amma ehtiyacdan və psixoloji halından dolayı görməzlikdən gəlir.

Üçüncü qrup isə yerdə qalan iki qrupa baxaraq əməl etməyən insanlar və ya “Maddi vəziyyətim yaxşıdır, mən əməl etməsəm də olar” deyə düşünən təbəqədir. Bunlar heç nə öyrənmək istəmir və müəyyən yalan fərziyyələri cəmiyyətdə yayırlar”.

Həkim Nuran Abdullayev deyib ki, koronavirusla mübarizədə birinci mərhələdə maarifləndirmə aparılmalıydı: “Bu da bu gün bir daha görünür ki düzgün aparılmayıb. İndi ikinci mərhələdə də çox vacib məqamlar var. Onlardan da biri izolyasiya və karantin qaydalarını dəyişdirməkdir.

Əgər indi izolyasiya qaydalarına əməl olunmazsa, iki ay sonra bundan da pis nəticələr görəcəyik.

Bu milləti razı salıb virusla ciddi mübarizəyə başlamaq vacibdir. Unutmamaq lazımdır ki, virus bir dəqiqə də dayanmadan yayılır, bu məsələdə gecikmək uduzmağa bərabərdir”.

Ramid İbrahimov

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Rusiya taktikanı dəyişir: Böyük işğaldan imtina edir
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »