Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şikayət: Kömək üçün gedirəm, məni İcra Hakimiyyətinin binasından söyüb qovurlar

Bizimyol.info redaksiyasına vətəndaşdan şikayət daxil olub. Bakı şəhəri Nizami rayonu ərazisində yaşayan 38 yaşlı Turan Cəfərov bildirib ki, övladı skarlioz xəstəliyindən əziyyət çəkir. Lakin atanın onu müalicə etdirmək imkanı yoxdur.

“Mən özüm VI dərəcəli qaynaqçıyam. Məşqulluq idarəsində 241 manat maaşa işləyirəm. Maaş yazıldığına görə, karantin dövründə heç bir sosial müavinətdən də yararlana bilmədim. Uşağımın problemini görəndə ürəyim ağrıyr , amma 160 manat dərman pulunu tapa bilmirəm ki, uşağı müalicə etdirim. Fizioterapiyadan keçməlidir, həkimlər çoxlu dərmanlar yazıblar. Edə bilmirəm. Xəstə anamla xəstə oğlum mənim himayəmdədir. Bu maaşla yaşamaq olarmı? İmkanım yoxdur.

Nizami rayon İcra Hakimiyyətinə dəfələrlə mənə kömək göstərmələri üçün müraciət etmişəm, hər dəfə məni söyüb qapıdan qovurlar. İcra başçısının müavini Toğrul müəllim içəri girməyimə, ərizə yazmağıma imkan verib. Leysan yağışın altında özü çağırtdırıb, getmişəm, İcra Hakimiyyətinə, “başçı ilə nə danışacaqsan, get, cəhənnəm ol burdan! deyib qovdurub məni. Deyirlər bir də gəlsən, səni tutduracağıq. Anam deyir, getmə, səni tutacaqlar, qorxur. Deyirəm nə edirəm ay ana, vətəndaş olaraq kömək istəyirəm. Mən yaşamaq üçün oğurluq etməliyəm?”.

Məsələ ilə əlaqədar qarşı tərəfin, yəni İcra Hakimiyyətinin də fikrini öyrənmək istədik. İcra hakimiyyətinin əlaqə nömrəsindən zəngimizə cavab verən şəxs adını bildirməyib, növbətçi qaldığını dedi və şikayətçinin nömrəsini alaraq bu barədə rəhbərliyə məlumat verəcəyini bildirdi: “Yardımlara gəlincə, yardımın verilməsi dayandırıldı. Karantin dövrüdür, buna görə, qəbullar dayandırılıb. Yəqin vətəndaş karantin dövründə qəbula gəlibmiş. Məşğulluq idarəsində işləyən bir adamın müraciət etməsi düzü şübhəli gəldi, onun şikayət edəcəyinə inanmıram. Çünki, öz idarələrindən müvafiq tədbir görülməliydi, yardım edilməliydi”.

Bizim işimiz tərəflərin hər ikisinin mövqeyini çatdırmaqdır. Ola bilər ki, vətəndaş haqsız olsun. Amma ən azından dinlənilməli, şikayətini eşitməlidirlər. Onsuz da pandemiya dövründə insanlar iqtisadi problemlərin cəngində boğularaq psixoz vəziyyətinə düşüblər. Belə olan halda onun ərizəsinə baxılmalı və konkret şəkildə cavab verilməlidir. Şikayətçinin iddia etdiyi kimi, söyülərək qapıdan qovulubsa, bu dövlətin apardığı sosial siyasətə vurulan ləkədir.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »