Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əmək miqrantlarının geri qayıtması fəlakətə çevrilə bilər" - Ekspert

Ümumdünya Bankının prezidenti Devid Malpass qorxunc proqnoz verib. Pandemiyanın insanların hətta ruh hallarını belə iflic vəziyyətə saldığı bir dövrdə Malpass bəyanat verib ki, bəbdən 60 milyon insan həddindən artıq yoxsulluq içində ola bilər. Pandemiya dünya əhalisinin milyardlarla gəlirinə təsir edəcək. Koronavirus böhranının iqtisadi nəticələri on illərlə davam edəcək.

Bizimyol.info-ya açıqlama verən Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov əmək miqrantlarının gərgin vəziyyəti barədə danışıb.

Ramil Abbasov Ramil Abbasov

“Aşağı gəlirli ölkələrdən gələn miqrantların göndərdiyi pul köçürmələri hesabına keçimini təmin edən ölkələrdə vəziyyət daha ağırdır. Dünya üzrə miqrant işçilərin sayı 165 milyon nəfər təşkil edir. Böyük əksəriyyəti yuxarı gəlirli ölkələrdə çalışır. Hazırkı şəraitdə əvvəlki qədər işləyib qazana bilmirlər və yaxud da işlərini itiriblər. Pul köçürmələrinin aşağı gəlirli və kövrək dövlətlər üçün vacibliyini anlayaraq ev sahibliyi edən ölkələrin pandemiyadan əziyyət çəkən miqrant işçilərə kömək etmələri gözlənilir. Bəzi ölkələr isə miqrant işçiləri geri öz ölkələrinə göndərməyi düşünür. Çağırışlarda həm də bəzi sahələrdə yalnız miqrantların işlədiyi qeyd olunur və izah olunur ki, əgər miqrantlar ölkəni tərk etsə o zaman həmin işləri yerli vətəndaşlar yerinə yetirən deyil. Köçürmələrin həcmi həm dövlət, həm ev təsərrüfatı həcmində kifayət qədər böyük məbləğdir. 2019-cu ildə bu köçürmələrin rəsmi hissəsi 500 milyard dollar olmuşdur. Qeyri-rəsmi olaraq göndərilən vəsait isə bundan daha artıqdır. Bir çox ölkələrdə bu məbləğ ÜDM-in 5%-dən 45%-ə qədər dəyişir. Dünya Bankının hesablamasına görə, 2020-ci il üçün bu vəsaitlərdə 100 milyard dollar (20%) azalma gözlənilir. Afrika ölkələri üçün bu göstərici 22% təşkil edir. Rəqəmlər hələki proqnoz olaraq qalır. Gələcəkdə arta da bilər. İşini itirmiş miqrantlar xarici ölkədəki rezident statuslarını itirməklə evlərinə geri dönür. Bu isə daha pis vəziyyətdə olan bir ölkədə vəziyyəti daha da ağırlaşdırmış olur. Üstəgəl də əgər miqrant işçi virusa yoluxub öz ölkəsinə geri qayıdırsa bu hökümət və ölkə səhiyyəsi üçün daha baha başa gəlir. Köçürülən vəsaitlərin kifayət qədər aşağı düşməsi həmin ev təsərrüfatlarının istehlakını azaldır, təhsil və səhiyyə xərclərinin azalmasına gətirir. Makro baxımdan isə bu ölkələrin vergi gəlirlərini aşağı salır. Həmçinin göndərilən köçürmələr bankla gəldiyi üçün birbaşa bank gəlirlərinə də təsir edir. Bütün bunlar isə iqtisadi göstəricilərin düşməsinə təsirsiz ötüşmür.

Həmçinin Azərbaycandan da kənarda işləyən əhalinin çoxluğunu nəzərə alaraq bu prosesin bizə də təsiri böyük olacaq. Rəsmi olaraq Rusiya Mərkəzi Bankının məlumatına görə, hər il Azərbaycana fiziki şəxslərdən, Rusiyadan olan köçürmələr təqribən 1 milyard dollar olaraq ildən-ilə dəyişə bilir. Bunun 60-70%-i rezident, yerdə qalan məbləğ isə qeyri-rezidəntlərin payına düşür”,- deyə iqtisadçı qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »