Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naməlum dronlar İranın hərbi mövqelərini bombardman edib

Naməlum hərbi dronlar İranın Suriyanın Dəyr əz-Zor bölgəsindəki hərbi obyektlərini bombardman edib. İlkin ehtimallar görə, bu dronlar İsrail Silahlı Qüvvələrinə məxsusdur.

Teleqraf.com xəbər verir ki, hücum nəticəsində İran ordusunun (SEPAH) “Qüds” briqadasının hərbi obyekytləri və silah anbarları məhv edilib.

Əməliyyatlarda SEPAH-ın ən az 12 muzdlusunun həlak olduğu bildirilib.

İsrail hücumun məsuliyyətini rəsmən öz üzərinə götürməsə də, Suriya İnsan Haqları Monitorinq Qrupu “France Press” agentliyinə açıqlamasında, İran mövqelərinə qarşı hava zərbələrinin İsrail dronları tərəfindən endirildiyini qeyd edib. Hücumda İranın hərbi mövqelərinə qarşı çoxsaylı hava zərbələri endirilib.

Rəsmi Tehran, bununla bağlı yayılan məlumatlara hələlik münasibət bildirməyib. Amma bəzi mənbələrin bildirdiyinə görə İran cavab zərbələri hazırlayır.

Əvvəllər də İsrail dəfələrlə İranın anbarlarına hücumlar təşkil edib. Amma İran bütün bu hücumlara görə İraillə açıq qarşıdurmaya getməyib.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »