Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Virus tanınmışları tutub buraxır: "Niyə məşhurlar xəstələnib ölmürlər"

Tanınmış aktyor Bəhram Bağırzadənin koronavirusa yoluxması barədə xəbərlər yayılıb.

Bizimyol.info Bəhram Bağırzadı ilə əlaqə saxlayıb. O özünü yaxşı hiss etdiyini, pozitiv əhval ruhiyyədə olduğunu söylədi.

“... Temperaturum 37,2-dir. Heç bir narahatlıq hiss etmirəm. Qan analizlərim pozitiv çıxmayana qədər koronavirusa yoluxduğumu təsdiq edə bilmərəm. Amma boğazdan götürülən yaxmalar və test pozitiv nəticə göstərib”,- deyə o bildirib.

Bəhram Bağırzadənin dostu Tahir İmanov onun barəsində bu xəbəri ilk yayan saytlara, jurnalistlərə narazılıq bildirərək, Bəhramın anasının, yaxınlarının bu xəbərdən qorxa biləcəklərini deyib.

Müğənni Nura Suri isə Bəhram Bağırzadənin xəstələnməsinə fərqli reaksiya göstərib.

Nura Suri Nura Suri

Nura Surinin sosial şəbəkə hesabındakı paylaşımını təqdim edirik: “Bütün dünyada pandemiya başlayan dövrdə xəstəliyə yoluxan məşhurlar sağalıblar. Bu necə olur? Rusiyada Lev Leşenkadan (yaşından xəbərdarsınız) tutmuş, Hollivudun Tom Henksi (yaşı məlumdur), deyirlər, Bəhram Bağırzadə də xəstələnib və vəziyyəti stabildir (maska taxırdı).

Biri mənə başa salsın bu virus ölümcüldür ya yox? Niyə məşhurlar xəstələnib, ölmürlər? Hamısı xəstələnib sağalırlar. Emin Ağalarov hər gün izləyicilərini canlı ifaları ilə sevindirir. Deyirlər ki, o da xəstələnib, sağalıb. Bəs, bu xəstəlik səsinə təsir etməyib? Dostluğumda həkim varsa, yazıb başa salsınlar”.

İlhamə

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »