Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Corc Floydun öldürüldüyü şəhərdə polis departamenti bağlanacaq

Qaradərili vətəndaş Corc Floydun öldürüldüyü Minneapolis şəhərindəki polis departamenti bağlanacaq.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Bildirilib ki, Minneapolis Şəhər Şurası polis zorakılığına qarşı reaksiyalar və davam edən aksiyalardan sonra polis departamentinin ləğvi haqqında qərar qəbul edib.

Şura sədri Lisa Bender “şəhərimiz Minneapolis Polis Departamenti ilə toksiki münasibətini sona çatdırmağı planlaşdırır” sözlərini deyib.

Şəhərdə ictimai təhlükəsizliyi təmin edən yeni sistem yaradılacaq.

Qeyd edək ki, ABŞ miqyasında 2 həftəyə yaxındır davam edən etiraz akisyalarında xalqın tələbi polis təşkilatının maliyyə qaynaqlarının kəsilməsi, azaldılması, hətta ləğvidir. Hökumət polisin maliyyə qaynaqlarının azaldılması üzərində düşünür.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »