Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çevik polis alayı Yasamaldakı binanı mühasirəyə alıb - Video

Xüsusi karantin rejiminin sərtləşdirildiyi bu günlərdə Azərbaycan polisi böyük əzm, səbr, ən əsası insanlıq nümayiş etdirdi, vətəndaşlara qarşı göstərdiyi jestlərlə rəğbət qazandı. Yaxını rəhmətə gedən bir qadını doğmalarının yanına çatdırdı, evində yeməyi olmayanlara onların müraciəti əsasında yemək apardı, gərəkən anlarda xəbərdarlıq etdi.

Amma polisə qarşı münasibət ölkə vətəndaşları tərəfindən birmənalı olmadı. Dünən Yasamal rayonu ərazisində çoxmərtəbəli binalardan birinin həyətində polisin üzərinə zibil və boş şüşə balonlar atılıb. Buna cavab olaraq bu gün səhər saatlarında Çevik Polis Alayının bölüyü həmin binanın həyətinə daxil olub və səbəbkarlar axtarılmağa başlanılıb.

Bu barədə sosial şəbəkələrdə videogörüntülər paylaşılıb.

Sahil qəsəbəsi ərazisində xidmət göstərən polislərimizə isə Azərbaycan himninin çalınması ilə farağat vəziyyəti alaraq polis salamı veriblər. Bu görüntülər də vətəndaşların rəğbəti ilə qarşılanıb.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »