Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Floydun ölümündə təqsirləndirilən polis işçisi bu gün məhkəmə qarşısına çıxarılacaq

ABŞ-ın Minneapolis şəhərindən olan keçmiş polis əməkdaşı Derek Çaven afroamerikalı Corc Floydun saxlanılması zamanı boğucu fənddən istifadə etdiyinə və onun ölümünə sbəb olduğuna görə ilk dəfə məhkəmə qarşısına çıxarılacaq.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, Çaven ikinci dərəcəli adam öldürməkdə ittiham olunur.

Bu, tam laqeydlik nümayiş etdirərək insan həyatına fiziki ziyan vurmaq niyyətində olmaqla səhlənkarlıq nəticəsində törədilmiş bir cinayətdir. Bu ittiham əsasında Çaveni 40 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Məhz o, mərhum Floydun boyun nahiyəsində şah damarını 8 dəqiqə 46 saniyə ərzində sıxıb və onun “nəfəs ala bilmirəm” deyə çağırışlarına da məhəl qoymayıb. Onun azad edilməsi üçün 1 milyon dollar girov tələb olunur.

İnsidentin digər iştirakçıları olan daha üç polis əməkdaşı da cinayətə kömək etməkdə və adam öldürməyə cəhddə ittiham olunurlar. Onların hamısı qısa bir müddətdə polis xidmətindən kənarlaşdırılıblar. Onların hər birini 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir. Ancaq həmin şəxslərin ilk məhkəməsi iyunun 29-na təyin edilib.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »