Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ-la digər şəxsləri də mübadilə etməyə hazırdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi, İsveçrənin ABŞ həbsxanalarındakı İran vətəndaşlarını azad etmək səylərini yüksək qiymətləndirib.

Modern.az-ın məlumatına görə, Abbas Musevi bildirib ki, ABŞ-ın daxili problemləri İran üçün vacib deyil:

Iran XIN - Abbas Musevi Abbas Musevi

“İran İslam Respublikası üçün ABŞ hökumətlərinin hərəkətləri vacibdir. Təəssüf ki, son illərdə onlardan İran xalqı və hökumətinin etimadını qazanacaq heç bir hərəkət görmədik. İran və ABŞ arasında hələ də inamsızlıq divarı dayanır. Trampın öz daxili problemləri var. Seçkilər amerikalılar üçün daxili bir məsələdir və İran heç vaxt ABŞ-dakı daxili hadisələr və ya prezident seçkilərinin nəticələrindən nəsə gözləmir."

Musevi diplomatik aparatın İran vətəndaşlarını azad etmək üçün hər cür səy göstərdiyini də söyləyib: "İsveçrə hökumətinin köməyi ilə bu mübadilə baş tutdu və buna görə də kömək üçün onlara təşəkkür edirik. Bu mövzuda danışıqlar üçün məsuliyyət daşıyırdılar, əks halda İran İslam Respublikası ilə ABŞ hökuməti arasında birbaşa danışıqlar aparıla bilmirdi ".

Sonda o bildirib ki, ABŞ-da həbsdə olan digər əsirləri də dəyişdirib ölkəyə qaytarmağa hazırdırlar. (APA)

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »