Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ramin Bayramlı: "Əminəm ki, hər kəsin çevrəsində yoluxanlar olacaq" - Video

Fiziki məsafənin gözlənilməməsi, maskalardan istifadə olunmaması, növbələrin gözlənilməməsi, bütün bunlar son günlərdə ölkədə koronavirusun sürətli yayılmasının əsas səbəbidir.

Virtualaz.org bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) idarə heyətinin sədri Ramin Bayramlı "Xəzər Xəbər"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, hələ də, virusa inanmırlar: "Ancaq mən əminəm ki, hər kəs öz çevrəsində yaxınlarından birinin xəstə olmasının şahidi olacaq”.

R. Bayramlı bildirib ki, son günlər koronavirus xəstələrinin vəziyyəti ağırlaşır. Belə ki, əvvəllər xəstəliyi siptomsuz keçirənlər, 7 günün tamamında sağalma başlayırdı. İndi isə yoluxmanın sayı artır və virusun, sanki utasiyası da artır. Artıq, nəyin ki 7-ci günün tamamında, 14 hətta 21-ci günün tamamında da xəstəlik davam edir, testlər pozitiv çıxır.

TƏBİB sədri qeyd edib ki, ən təhlükəli metodlardan biri də evdə özünü müalicədir: "Bir çox insanlarımız evdə özünü müalicə etməyə çalışır. Bu qripə soyuq dəymə, adi qrip kimi yanaşanlar çox ağır vəziyyətdə olanda bizə müraciət edir.

TƏBİB sədri insanları qəti olaraq bu yanaşmadan çəkinməyə çağırıb.

Həftəsonları sərt karantin qaydalarının tətbiqinin nə vaxt ləğv ediləcəyi isə vətəndaşların sanitar gigiyena təlimatlarına düzgün əməl etmələrindən asılı olacaq.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »