Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makqreqor karyerasını bitirdi

İrlandiyanın MMA döyüşçüsü Konor Makqreqor növbəti dəfə karyerasına son verdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

“Salam, uşaqlar! Mən döyüşlərdən getməyə qərar verdim. Xoş xatirələrə görə hər kəsə təşəkkür. Bu, inanılmaz bir səyahət idi”, - deyə Konor döyüşlərdən birindəki qələbədən sonra anası ilə çəkilmiş fotosunu paylaşaraq qeyd edib.

Qeyd edək ki, Makqreqor sonuncu dəfə 2019-cu ilin martında karyerasına son qoyduğunu bəyan etmişdi. Ancaq daha sonra bu qərarından vaz keçmişdi. O, indiyədək 26 döyüşdə iştirak edib və 22-də qələbə qazanıb.

2018-ci ilin oktyabrında UFC çempionu uğrunda mübarizədə rusiyalı Həbib Nurməhəmmədova məğlub olub.

Son xəbərlər
Bütün xəbərlər »