Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada COVID-19-dan ölənlərin sayı 5 859 nəfərə çatıb

Son sutka ərzində Rusiyada koronavirusdan 134 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Koronavirusla bağlı Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahı məlumat yayıb.

Məlumata görə, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 859 nəfərə çatıb.

“Son sutkada 134 nəfər öldü. Bütün dövr ərzində 5 859 nəfər ölüb”, - deyə xəbərdə bildirilir.

Qeyd edilir ki, bir gün ərzində Moskvada 55, Sankt-Peterburqda 31, Moskva ətrafında 10 nəfər COVID-19-dan vəfat edib.

Son xəbərlər
Bütün xəbərlər »