Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda 59 yaşlı qadın sirkə turşusu içib, vəziyyəti ağırdır

Gəncədə qadın zəhərlənib.

APA-nın məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivində yaşayış evlərinin birində qeydə alınıb.

Belə ki 1961-ci il təvəllüdlü Cəmilə Cəfərova Araz qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal qadına lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə 59 yaşlı qadın sirkə turşusu içərək zəhərlənib. Onun hansı səbəbdən sirkə turşusu içməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »