Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan: "200-ə yaxın pasiyent növbə gözləyir"

Hazırda Emənistanda koronavirusa yoluxan 200-dək pasiyent hospitalizasiya üçün növbə gözləyir.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə məlumat verib.

“Nə qədər çətin olsa da qarşınızda həqiqəti danışmağı özümə borc bilirəm. Bu günə olan vəziyyətə əsasən, respublikada koronavirusa yoluxmuş 200-ə yaxın pasiyent xəstəxanaya yerləşdirilmək üçün öz növbəsini gözləyir", - deyə Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, ölkədə tibbi yardımın gecikməsi səbəbindən Covid 19-dan ölüm halı da baş verib.

Son xəbərlər
Bütün xəbərlər »