Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda məhbuslar arasında koronavirusa yoluxma qeydə alınıb

Ermənistanda tüğyan edən koronavirus infeksiyası artıq cəzaçəkmə müəssisələrinə sirayət edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Ədliyyə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Lusin Martirosyan bildirib.

Onun sözlərinə görə, Koş cəzaçəkmə müəssisəsində olan məhbusların birində koronavirus xəstəliyi aşkarlanıb, profilaktik tədbirlər görülüb, islah müəssisəsində olanların hamısı testdən keçirilib.

O, qeyd edib ki, məhbus koronavirus xəstələrinin müalicəsi üçün ayrılan Penitensiar Xidmətin xəstəxanasına aparılıb.

Son xəbərlər
Bütün xəbərlər »