Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Borussiya" evdə, "Bavariya" səfərdə qələbə qazanıb

Almaniya Bundesliqasında XXX turun mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, günün qarşılaşmaları qonaqlar üçün daha uğurlu alınıb.

Turun mərkəzi görüşündə lider "Bavariya" Çempionlar Liqası zonasına düşməyə çalışan "Bayer"i səfərdə üstələyib. Matçda birinci və sonuncu qolu leverkuzenlilər vursa da, Münhen təmsilçisi buna 4 topla cavab verərək inamlı qələbə qazanıb.

İddialılardan "Leypsiq" gözlənilmədən öz meydanında autsayder "Paderborn"un müqavimətini qıra bilməyib.

Dortmund "Borussiya"sı isə doğma arenasında "Herta"nı Əmrə Canın yeganə qolu sayəsində məğlub edərək, çempionluq şansını davam etdirib.

Almaniya Bundesliqası

XXX tur

6 iyun

"Bayer" - "Bavariya" - 2:4

Alario, 10; Virtz, 89 - Koman, 27; Qoretska, 42; Qnabri, 45; Levandovski, 66

"Fortuna" - "Hoffenhaym" - 2:2

Henninqs, 5, 76 (pen.) - Dabbur, 16; Zuber, 61

"Ayntraxt" - "Mayns" - 0:2

Niakate, 43; Kunde Malonq, 77

"Leypsiq" - "Paderborn" - 1:1

Şik, 27 - Strodiek, 90+2

"Borussiya" D. - "Herta" - 1:0

Əmrə Can, 58

1 Bavariya30224490-3070
2 Borussiya D.30196581-3563
3 Leypsiq301611375-3259
4 Borussiya M.30175857-3656
5 Bayer30175856-4056
6 Hoffenhaym301271142-5043
7 Volfsburq29119941-3642
8 Frayburq301181139-4141
9 Herta301081243-5138
10 Şalke299101034-4637
11 Ayntraxt301051549-5535
12 Köln291041546-5634
13 Auqsburq29871440-5631
14 Union29941634-5231
15 Mayns30941739-6231
16 Fortuna306101433-6028
17 Verder29671630-6225
18 Paderborn30481833-6220
Son xəbərlər
Bütün xəbərlər »