Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Braziliya koronavirusdan ölənlərin sayını yenidən hesablayacaq

Braziliya Səhiyyə Nazirliyi yeni növ koronavirus (COVID-19) səbəbindən ölənlərin sayını təftiş edərək yenidən hesablayacaq.

“Report” xəbər verir ki, bu barədə “Globo” qəzeti mövcud məsələ ilə bağlı hökumət iclaslarında iştirak edən sahibkar Karlos Vizarda istinadən məlumat yayıb.

“Bir çoxları digər səbəblərə görə ölsə də, məmurlar bələdiyyə və regional büdcələrini doldurmaq üçün hamını COVID-19 qurbanı kimi qeydiyyata alıblar. Bu məlumatları nəzərdən keçiririk.

İnanıram ki, daha real məlumatlar əldə edəcəyik, çünki bu gün əldə etdiyimiz rəqəmlər ya uydurma, ya da manipulyasiyanın nəticəsidir”-deyə, o bildirib.

Onun sözlərinə görə, yeni statistika bir ay ərzində yayımlanacaq.

Son xəbərlər
Bütün xəbərlər »