Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hemodializ xəstələri ilə bağlı - TƏBİB-dən açıqlama

Bu gün sosial şəbəkələrdə böyrək çatışmazlığından əziyyət çəkən və dializə ehtiyacı olan şəxslərin xəstəxanaya getmələrində çətinlik çəkməsi barədə məlumatlar yayılıb. İddia olunub ki, tibbi yardıma ehtiyacı olanlar üçün nəqliyyat vasitəsi tapılmayıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva “qafqazinfo”ya açıqlamasında bildirib ki, bu gün dializlə bağlı müraciət edən xeyli insan xəstəxanalara aparılıb və evlərinə qaytarılıb.

“Bildirmişik ki, Daxili İşlər Nazirliyinə həmin xəstələrin fərdi avtomobilləri ilə gedib gəlməsi üçün müraciət etmişik və onlar özləri gedib gələ bilər. Çünki 103 bu gün ağır iş rejimində işləyib. Bundan başqa, müraciət edənlər ya təcili yardım maşınları, ya da BNA tərəfindən təşkil olunmuş nəqliyyat vasitələri ilə xəstəxanaya aparılıb, daha sonra evlərinə qaytarılıb”, - deyə TƏBİB-in sözçüsü qeyd edib.

Paylaş »
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
Son xəbərlər
Bütün xəbərlər »