Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağdaşda avtomobil aşıb, sürücü ölüb

Ağdaş rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”in Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Kükəl kəndində qeydə alınıb.

Belə ki, “Niva” markalı avtomobilin sürücüsü adı çəkilən kənd yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini aşırıb.

Qəza nəticəsində xəsarət alan sürücü hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »