Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa İttifaqının xarici sərhədləri ayın sonuna qədər bağlı qalacaq

Avropa Komissiyasının tövsiyəsi ilə Avropa İttifaqının sərhədləri ən azı iyulun əvvəlinə qədər bağlı qalacaq.

Avropa komissarı İlva Yohansson Avropa İttifaqına üzv ölkələrin daxili işlər nazirlərinin cümə günü axşam keçirilmiş videokonfransında Avropa İttifaqının sərhədlərinin iyul ayından tez olmayaraq açılmasına tərəfdar olduğunu bildirib. Yohansson vurğulayıb ki, məhz Şengen zonasının xarici sərhədləri haqqında söhbət gedir. Daxili sərhədlər isə İttifaqın ayrı-ayrı ölkələri arasında qarşılıqlı razılaşmalarla tənzimlənir.

Cümə günü keçirilmiş videokonfransa qədər üçüncü ölkələrin vətəndaşlarını Aİ ərazisinə girişinə iyunun 15-inə qədər qadağa qoyulmuşdu. İndi isə, görünür, bu qadağanın müddətini daha yarım ay uzadacaqlar.

Avropa komissarı qeyd edib ki, bu, onun Avropa İttifaqındakı bütün həmkarlarının (daxili işlər nazirlərinin) ümumi fikiridir.(AzərTAc)

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »