Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FIFA prezidenti: "Beynəlxalq təqvimlə bağlı qərar verməyə yaxınıq"

FIFA prezidenti Canni İnfantino maliyyə fəaliyyətinin şəffaflığını artırmaq məqsədilə bu yöndə qaydaların sərtləşdirilməsini istəyib.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, funksioner qurumuna üzv olan 211 milli assosiasiyaya müraciətində dünya futbolunun inkişafı ilə bağlı bir sıra məsələyə münasibət bildirib.

O, bir neçə çempionatın mövsümü bərpa etmək barədə qərarını alqışlayıb. İnfantino deyib ki, insan sağlamlığının qorunması hər zaman prioritet olaraq qalmalıdır.

FIFA prezidenti beynəlxalq təqvimlə bağlı da danışıb: "Bu yöndə müəyyən uğurlara imza atdığımızı bildirməkdən məmnunluq duyuram. Müxtəlif məsləhətləşmələr sayəsində hər kəsin ehtiyaclarını nəzərə alan balanslı həll yolu təqdim etməyə yaxınlaşırıq. Yüksək səviyyəli klub futbolunun bərpasının prioritet olduğu aydındır, lakin milli komandaları, qadın futbolunu, aşağı liqaları unutmamalıyıq".

Qeyd edək ki, FIFA daha öncə 211 üzv milli assosiasiyaya 150 milyon ABŞ dolları ayırıb.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »