Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Taliban" 38 əfqan əsgərini azad edib
Russia-to-host-talks-with-Afghan-leaders-Taliban-delegation

“Taliban” 38 əfqan əsirini azad edib.

RİA Novosti xəbər verir ki, bu barədə “Taliban”ın Qətərdəki siyasi ofisinin rəsmi nümayəndəsi Süheyl Şahin “Twitter”də bildirib: “Bu gün “Taliban” həbsxanalarından 38 əsgər və polis azad edildi”.

Qeyd edək ki, mayın 11-də Əfqanıstan hakimiyyəti “Taliban” döyüşçülərinin həbsxanalardan azad edilməsi prosesinin müvəqqəti olaraq dayandırıldığını bəyan edib. Buna səbəb “Taliban” üzvləri tərəfindən əsir götürülmüş əfqan hərbçilərinin verilməsinin təxirə salınması olub. Həmin vaxt Milli Təhlükəsizlik Şurasının nümayəndəsinin verdiyi açıqlamaya görə, hakimiyyət həbsxanadan minlərlə “Taliban” üzvünü azad etdiyi halda, “Taliban” hərəkatı əsir götürdüyü hərbi qulluqçudan cəmi 105-ə yaxınını təhvil verib.

Xatırladaq ki, fevralın 29-da ABŞ və “Taliban” arasında sülh sazişi imzalanıb. Bu saziş əsasında Əfqanıstandakı qüvvələr arasındakı danışıqlar hələ martın 10-dan başlamalı idi. Qarşılıqlı etimad yaratmaq məqsədi ilə həbsxanada olan 5 minə yaxın “Taliban” üzvü, min nəfərə yaxın isə “Taliban” tərəfindən əsir götürülmüş şəxslər azad edilməli idilər.(apa)

Paylaş »
››› “TƏBİB ləğv olunmalıdır, fəaliyyəti ilə bağlı Baş Prokurorluq araşdırma aparmalıdır” - Açıqlama
››› Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar
››› Sabahdan bütün ictimai nəqliyyatın fəaliyyəti dayandırılır
››› Koronavirusun dərmanı açıqlanan kimi dünya birjalarında canlanma başladı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »