Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis keçmiş məhkumdan 2,3 kq narkotik götürüb

Gəncə şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində əməliyyat keçiriblər.

Əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Son xəbərlər
Bütün xəbərlər »