Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maduroya yanacaq daşıyan onlarla tanker ABŞ tərəfindən tutulacaq

ABŞ Venesuelaya yanacaq daşıdığına görə onlarla neft tankerinə sanksiya tətbiq etməyə hazırlaşır.

Bu haqda ötən gün iyunun 5-də adının açıqlanmasını istəməyən amerikalı rəsmilər “Reuters”ə bildiriblər.

Məlumata görə, bəzi sanksiyalar tezliklə elan ediləcək, digərləri isə uzunmüddətli perspektivdə açıqlanacaq. Sanksiyaların təsiri altına 25 supertankerin düşəcəyi gözlənilir. Onlardan hər biri maksiumum 2 milyon barrel yanacaq daşıya bilir. Habelə ABŞ Venesuelaya yanacaq daşıyan 17 kiçik gəmini də sanksiyalar siyahısına daxil etməyə hazırlaşır.

“Yekun nəticə bütün gəmi sahibləri üçün aydın siqnal olmalıdır: Venesuelanı qadağan zonası kimi nəzərdən keçirin”,-bir mənbə belə deyib.

Bundan əvvəl iyunun 2-də ABŞ Maliyyə Nazirliyinin xarici aktivlər üzərində nəzarət İdarəsi İrandan Venesuelaya yanacaq daşıdığına görə dörd şirkətə və dörd tankerə sanksiya tətbiq etmişdi. Şirkətlərdən üçü Marşall adalarında, biri Yunanıstand qeydiyyatdan keçib. Sanksiyalar həmin şirkətlərin aktivlərinin dondurulmasından və onların Amerika şirkətləri ilə işgüzar əlaqələrinin qadağan edilməsindən ibarətdir.

Xatırladaq ki, mayın sonlarında 5 İran tankeri Venesuelaya yanacaq çatdırıb. ABŞ həmin tankerləri beynəlxalq sularda təqib etsə də onların qarşısını almayıb.

“Reuters” bildirir ki, iyunun 2-də ABŞ-ın sanksiyaları altına düşən tankerlərdən biri “Chevron” neft şirkəti tərəfindən icarəyə götürülüb. Şirkətin nümayəndəsi Rey For bildirib ki, iyunun 2-də “Adamant Maritime Ltd” adlı şirkətə məxsus “Seahero” tankeri “Chevron” şirkətinin qısamüddətli icarəsindədir və hazırda Venesela ilə əlaqəli olmayan reys həyata keçirir. Şirkət hazırda bu situasiyanı nizamlamaq üçün danışıqlar aparır.(virtualaz.org)

Paylaş »
››› Türkiyəyə qarşı terroru dəstəkləyən ölkə indi Ərdoğana yalvarır...
››› "Hər şey yaxşı olacaq, bütün müharibələr sülhlə başa çatır..." - Kreml
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Ərdoğanın İsveçi cəzalandırması NATO-nu çətinə salıb
››› ABŞ-ın yeni "dəmir pərdə" strategiyası: Türkiyədən veto gələcəkmi?..
››› İsa Məlikov: “Avroviziya”da israrla bizdən 12 balı Britaniyaya vermək tələb olundu”
››› Ukrayna Mariupolda “döyüş missiyası”nın başa çatdığını elan edib
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »