Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden yetərli səs topladı, gəlir... - Trampın amansız rəqibi

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden Birləşmiş Ştatlarda qarşıdan gələn prezident seçkilərində Demokrat Partiyası tərəfindən namizədliyinin irəli sürülməsi üçün lazım olan səsi toplayıb.

Bu barədə “Associated Press” agentliyi keçirilən praymerizlərin nəticəsinə istinadla məlumat yayıb.

Agentliyin hesablamalarına görə, Bayden minimum 1991 səs əvəzinə 1993 səs alıb.

İlkin seçkilərin 2 iyunda keçirilməsinə baxmayaraq bəzi ştatlarda bülletenlərin yoxlanması yalnız iyunun 5-də başa çatıb.

Qeyd edək ki, aprelin sonlarında ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton və ABŞ-ın sabiq prezidenti Barak Obama Demokrat Partiyası tərəfindən prezidentliyə namizədliyinin irəli sürülməsi uğrunda mübarizədə Baydenə dəstək ifadə ediblər.(teleqraf.com)

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »