Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda koronavirusa yoluxanların sayı 808 nəfərə çatıb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) cəmi 3 yoluxma halı qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi xüsusi internet saytında bildirilib. Bununla da ölkədə qonşu ölkədə yoluxanların sayı 808 nəfərə çatıb.

Qeyd olunub ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 2955 nəfər karantində saxlanılır, 276 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 663 nəfər sağalıb, 13 nəfər isə dünyasını dəyişib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Son xəbərlər
Bütün xəbərlər »