Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Twitter” Trampın aksiyalarla bağlı paylaşımını bloklayıb

“Twitter” sosial şəbəkəsi ABŞ Prezidenti Donald Trampın seçkiöncəsi qərargahının etiraz aksiyaları ilə bağlı paylaşdığı videonu müəllif hüquqlarının pozulmasını əsas gətirərək bloklayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, @TeamTrump hesabında videonun yerinə müəllif hüququ sahibinin sorğusu əsasında yazının silinməsi barədə xəbərdarlıq yerləşdirilib.

Bununla belə, video hələ də qərargahın “YouTube”, “Facebook” və “Instagram”dakı hesablarında qalıb. Paylaşılmış görüntülərdə polisin əlində ölən afroamerikalı Corc Floydun portretləri və dinc etiraz nümayişləri yer alır.

Vəkil Sem Kulak “Associated Press” agentliyinə bildirib ki, Tramp qərargahının tvitinə qarşı şikayəti o edib. Eyni zamanda, vəkil hansı müəllif hüququnun adından şikayət edildiyini deməyib.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »