Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın iki milyarderi arasında qalmaqal yaranıb

İlon Mask “Amazon” şirkətini monopoliya və haqsız rəqabətdə günahlandırıb.

“SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask bu barədə öz tvitter hesabında bildirib.

Belə ki, “Amazon”un koronavirus pandemiyası ilə bağlı bir kitaba senzura tətbiq edərək satışına icazə vermədiyini öyrənən Mask şərhlərində Ceff Bezosun adını tag edərək bu sözləri yazıb: “Ceff Bezos, bu dəlilikdir... “Amazon”u bölmək vaxtıdır, inhisarçılıq düzgün deyil”.

Ceff Bezos Ceff Bezos

Jurnalist Aleks Berenson tərəfindən yazılan “COVID-19 haqqında açıqlanmayan həqiqətlər” kitabı koronavirusla bağlı informasiya siyasətinə uyğun olmadığı əsas gətirilərək “Amazon” şirkəti tərəfindən satışa çıxarılmayıb. Şirkətdən verilən açıqlamaya görə, pandemiya dövründə koronavirusla bağlı informasiya üçün müştərilərin ancaq rəsmi mənbələrə yönləndirildiyi qeyd edilib. Berenson isə cavabında kitabdakı bütün məlumatların rəsmi mənbələrə və statistikalara əsaslandığını bildirib. Daha sonra isə “Amazon”da Aleks Berensonun kitabına qoyulan qadağa götürülüb, jurnalist isə buna görə İlon Maska təşəkkür edib.

“Amazon” şirkətinin açıqlamasında isə qadağanın götürülməsinin tvitlərlə əlaqəli olmadığı, qadağanın sistem səhvi nəticəsində qoyulduğu vurğulanıb.(virtualaz.org)

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »