Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Braziliya ÜST-ü tərk edə bilər

Braziliya Prezidenti Jair Bolsonaru Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) həddindən artıq ideolojiləşdirmədə günahlandırıb və ölkəsinin bu təşkilatı tərk edəcəyini bildirib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə prezident rəsmi iqamətgahının qarşısında jurnalistlərlə grüşündə deyib.

“Xəbərdar edirəm: Birləşmiş Ştatlar ÜST-ü tərk etdi və biz də gələcəkdə bunun mümkünlüyünə baxacağıq. Ya ÜST gələcəkdə ideoloji niyyətlər olmadan işləyəcək, ya da biz də çıxacağıq. Bizə insanların kənardan səhiyyə sahəsində nəyi edəcəyimizlə bağlı göstərişlər verməsi lazım deyil”, - deyə Bolsonaru qeyd edib.

Ötən gün ölkədə koronavirusa yoluxmuş daha 1005 xəstə ölüb. Bununla da virusdan ölüm sayı 35 mini keçib.

Bunu ökənin Səhiyyə Nazirliyi son statistikada göstərib.

Məlumata görə, virusa yoluxanların sayı son sutkada daha 30 830 nəfər də artıb. Bunula da ölkədə 645 771 nəfərin virusa yoluxduğu, 35 026 nəfərin isə bu diaqnozla öldüyü deyilir.

Son xəbərlər
Bütün xəbərlər »