Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniyada son sutkada COVID-19-a 400-dən çox insan yoluxub

Son bir gün ərzində Almaniyada koronavirusdan 33 nəfər ölüb.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə AFR-in Səhiyyə Nazirliyinin strukturuna daxil olan və ölkədə COVID-19-la bağlı statistika aparan Robert Kox İnstitutu bildirib.

İnstitutun məlumatına görə, ötən sutka ölkədə COVID-19-a yoluxanların sayı 407 nəfər artıb.

Qeyd edilir ki, AFR-də bütün vaxt ərzində virusa 183 678 yoluxma qeydə alınıb, COVID-19-a yoluxmuş 8 646 pasiyent ölüb. Bununla yanaşı, 168,9 min xəstə sağalıb.

Təhlükəli virusa ən çox yoluxma Bavariyada aşkarlanıb. Burada 47 326 nəfərin koronavirusa yoluxması qeydə alınıb. Şimal Reyn-Vestfaliyada 38 524 nəfər və Baden-Vürtemberqdə 34 898 insan virus daşıyıcısı kimi qeydə alınıb. Berlində virusa yoluxma ilə bağlı 6 964 hal təsdiqlənib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »