Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da təyyarə qəzasında 5 nəfər ölüb

ABŞ-ın Corciya ştatının şimalında kiçik təyyarə qəzaya uğrayıb, azı beş nəfər, o cümlədən iki uşaq ölüb.

APA xəbər verir ki, bu barədə yerli polisə istinadla “Fox” televiziyası məlumat verib.

Məlumata görə, göyərtədə bir pilot və cənazə mərasimi üçün Florida-dan İndianaya uçan dörd ailə üzvü olub. Onların heç biri sağ qalmayıb.

ABŞ Federal Aviasiya Administrasiyasının bildirdiyinə görə, təyyarə qasırğaya düşüb. Hadisənin digər təfərrüatları açıqlanmır.

Son xəbərlər
Bütün xəbərlər »