Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha bir ölkədə məhdudiyyətlər aradan götürülür

İrlandiya koronavirusun yayılması səbəbindən ölkədə tətbiq olunan karantin məhdudiyyətlərini sürətli şəkildə aradan götürür: iyunun 8-də altı nəfərədək qruplar həm küçələrdə, həm də qapalı məkanlarda toplaşa biləcək, həmçinin bazar ertəsindən etibarən mağazalar, iyunun 15-dən isə ticarət mərkəzləri açılacaq.

Bu barədə ölkənin Baş Naziri Leo Varadkar bildirib.

“Mağazalar saat 10:30-dan tez olmayaraq açılmalı və daha həssas və risk qrupuna daxil yaşlı insanlar üçün xüsusi iş saatı ayırmalıdırlar”, - çıxış edən Baş Nazir deyib.

Həmçinin bazar ertəsindən etibarən 15 nəfərədək qruplar küçədə bərabər idmanla məşğul ola biləcəklər. Dəfn mərasimlərində isə artıq 25 nəfərədək insanın iştirakına icazə veriləcək.

Kitabxanalar, eləcə də yay uşaq mərkəzləri (qruplarda 15 nəfərədək insanın olması şərti ilə) açılmaq hüququ alacaqlar.

İnsanlar bazar ertəsindən öz dairələrində və ya evdən 20 kilometr məsafədə məhdudiyyətsiz gəzmək imkanı əldə edəcəklər.

İyunun 15-də açılacaq ticarət mərkəzlərində təhlükəsizlik qaydalarına riayət olunmalı, insanların sıx toplaşmasına yol verilməməlidir. (Qafqazinfo.az)

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »