Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
55 ilin “Zapı”sını ABŞ-da inanılmaz qiymətə satırlar - Fotolar

Sovet maşınları hələ də dəbdədir. Özü də təkcə postsovet ölkələrində yox, xeyli uzaq dövlətlərdə də.

Bizimyol.info xəbər verir ki, 55 ilin “Zapı”sını ABŞ-da inanılmaz qiymətə satırlar. Massaçusets ştatında ZAZ-965A 18 min dollara satışa çıxarılıb. 1965-ci ilin “Zaporojets”i cəmi 62.8 min kilometr yol gedib. Sahibi SSRİ dağılandan sonra ABŞ-a köçmüş şəxsdir. O, “Zapı”nı restavrasiyadan sonra satmaq qərarına gəlib.

“Alphacars” portalında satışa çıxarılan avtomobilin karbüratoru, ümumiyyətlə, bir çox hissələri dəyişdirilib. Maşının sahibi bütün bunlara 1300 dollar xərcləyib.

ZAZ-965A 1963-cü ildən istehsal olunurdu. Avtomobilin saatda 90 kilometr qət etmək imkanı var. Bu “Zaporojets”dən 322 min 170 ədəd istehsal edilmişdi.

55 ilin “Zapı”sını ABŞ-da inanılmaz qiymətə satırlar - Fotolar

Bir neçə gün əvvəl Kolumbiyada sovet dövrünün “Niva”sı satışa çıxarılmışdı. 1981-ci ildən 250 min kilometrdən çox yol qət edən avtomobilə təxminən 8 min dollar qiymət qoyulmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »