Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət liderinə görə prezidentlə Fransa arasında qarşıdurma yaranıb

Venesuelanın müxalifət lideri Xuan Quaydo keçən ilin yanvarında özünü ölkə prezidenti elan etmişdi.

Halbuki dövlət başçısı Nikolas Maduro kürsüsünü əldən verməyi düşünmürdü. Amma geridə qalan müddətdə prezident siyasi meydanda müxalifət liderini divara sıxışdırmağı bacardı. İndi Quaydonun Fransanın Venesueladakı səfirliyində gizləndiyi bildirilir.

Nikolas Maduro və Xuan Quaydo Nikolas Maduro və Xuan Quaydo

Bizimyol.info xəbər verir ki, Venesuela hökuməti Fransadan müxalifət liderini tələb edir. Cənubi Amerika ölkəsinin xarici işlər naziri Xorqe Arreaza Avropa dövlətinin Quaydonun təhvil verməyə borclu olduğunu söyləyib. Nazir müxalifətin əsas simalarından olan Leopoldo Lopezin İspaniya səfirliyində gizləndiyini də əlavə edib.

Dünən ilk dəfə Maduro Quaydonun fransızlara sığındığını dilə gətirmişdi. Prezident “o, heç vaxt xalqın yanında olamyıb” söyləmişdi. Fransanın Venesueladakı səfirliyi isə müxalifət liderinə qapı açmadıqlarını israr edir.

Mayın 8-də Cənubi Amerika ölkəsində müxalifətin ABŞ özəl hərbi şirkəti ilə 212 milyon dollarlıq müqavilə bağlaması söhbəti yayılmışdı. Guya amerikalılar Maduronu devirməyə kömək edəcəkdi. Quaydo bu razılaşmada yer almadığını bildirmişdi. Hərçənd, hələ keçən ilin aprelində ölkənin hərbi qulluqçularını dövlət çevrilişinə səsləmişdi.

Son xəbərlər
Bütün xəbərlər »