Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da koronavirusa qarşı peyvənd sınaqdan keçiriləcək

ABŞ-da koronavirusun müalicəsi üçün peyvəndin 2 milyon dozası hazırlanıb.

“Report” xəbər verir ki, bu barədə ölkə prezidenti Donald Tramp Ağ Evin Qızılgül Bağçasında jurnalistlərlə söhbəti zamanı bildirib.

“Peyvəndlə bağlı çox böyük müvəffəqiyyət əldə edildi. Əslində onun nəqli və logistikası ilə bağlı hərəkətə keçməyə hazırıq. Təhlükəsizliklə bağlı sınaqdan keçiriləndən sonra göndərmək üçün 2 milyon doza hazırlamışıq”, - prezident deyib.

Dövlət başçısı ölkədə 8 şirkətin koronavirusun müalicəsi üçün dərman və peyvənd hazırlamaqla məşğul olduğunu qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »