Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Səudiyyə neftin qiymətini qaldırır

Dünya neft bazarında ciddi canlanma müaşhidə olunur. “Brent”in bir barelinin qiyməti 42 dolları ötüb.

Bizimyol.info xəbər verir ki, Rusiya və Səudiyyə Ərəbistanı neftin qiymətini qaldırır. Məhz bu ölkələrin martda ümumi dil tapmaması son 20-21 ilin ən böyük neft böhranına səbəb olmuşdu. Amma büdcə kəsirləri uzun müddət bir-birinə əks mövqe göstərən tərəflərin eyni səngərdə yer alması ilə nəticələnib. Ruslarla ərəblər qiymətin qalxması üçün əlindən gələni əsirgəmir. Rusiya rəsmiləri açıq-aşkar etiraf edirlər ki, “Urals”ın barelini 42.6 dollardan aşağı satmaq ölkə iqtisadiyyatı üçün faciə ilə nəticələnə bilər.

Son günlər neft bazarında durğunluq hökm sürürdü. OPEK+ üzvləri növbəti toplantı ilə bağlı heç cür ümumi fikrə gələ bilmirdi. Xüsusilə başına Nigeriya və Anqolanı toplayan İraq narazılıq edirdi. Məhz iraqlılara görə iyunun 4-də görüş baş tutmadı. Amma bu gün ruslarla ərəblər İraqı yola gətirə bilib. Böyük ehtimalla sabah OPEK+ üzvlərinin görüşü baş tutacaq.

Son xəbərlər
Bütün xəbərlər »