Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mehman Hüseynovun müalicəsi üçün lazım olan məbləğ yığıldı

Xərçənglə mübarizə aparan tanınmış bloger Mehman Hüseynovun müalicəsi üçün üç gündür vəsait toplanırdı.

Bir neçə dəqiqə əvvəl lazım olan məbləğin tam yığıldığı dəqiqləşib.

Bizimyol.info xəbər verir ki, Mehman Hüseynovun İsveçrədə mühacirətdə olan qardaşı Emin Hüseynov həftənin əvvəlində ictimaiyyətə müraciət edərək blogerin müalicəsi üçün vəsait toplanmasına kömək istəmişdi. Geridə qalan günlər ərzində 2 mindən çox insan “Gofundme” portalında ianə edib. Beləliklə, müalicə üçün lazım olan 74 min İsveçrə frankı toplanıb.

Hədəf sayılan vəsait yığılsa da, ianələr davam edir. Mehman Hüseynovun yardımına gələnlərin əksəri adını anonim saxlamağa üstünlük verib. Kömək edənlərin sırasında Mili Şuranın sədri Cəmil Həsənlinin, keçmiş deputat Gültəkin Hacıbəylinin, tanınmış jurnalistlər Mehman Əliyev və Şahvələd Çobanoğlunun adları diqqət çəkir.

Son xəbərlər
Bütün xəbərlər »