Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaşinqton meri Trampa qarşı tələb irəli sürdü

ABŞ-ın Vaşinqton şəhərinin meri Müriel Bouzer yenidən Prezident Donald Trampdan hərbçiləri paytaxtdan çıxarmağını tələb edib.

“Qafqazinfo” bildirir ki, bu barədə o, Tvitterdə bildirib.

“Mən tələb edirəm ki, Donald Tramp bizim şəhərimizdə federal hüquq mühafizə orqanları və hərbçilərin qeyri-adi yerləşməsinə son qoysun”, - Bouzer Tvitterdə yazıb.

O, paylaşımına iyunun 4-də Trampa yazdığı məktubunu da əlavə edib, hansında ki, bildirir ki, paytaxtda komendant saatı rejimi başa çatıb, həbslər olmur və hərbçilərin geri çəkilməsi tələb olunur.

Bundan əlavə, o qeyd edib ki, federal agentlərin şəhərdə olması yalnız nümayişçiləri təhrik edir.

Tramp merin məsləhətinə əməl etməyə məcbur deyil, çünki Vaşinqtonun əhəmiyyətli hissəsi Federal xidmətlər tərəfindən qorunan federal mülkiyyətdir.

Xatırladaq ki, ABŞ-ın Minneapolis şəhərində afroamerikalı Corc Floydun ölümündən sonra ölkədə, həmçinin Vaşinqtonda iğtişaşlar başlayıb. Bazar ertəsi günü paytaxtdakı etirazçılar dağıdılıb. Həmin vaxtdan şəhərdə gündəlik etirazlar dinc keçir.

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
››› Paşinyanın arvadının saç ustası ondan qızıllarını tələb edir
››› Ermənilər Laçının 47 kəndini boşaldıb
Son xəbərlər
Bütün xəbərlər »