Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı siyasi mühacir İsveçdə həbs olundu

Siyasi mühacir kimi İsveçdə yaşayan Elşən Qasımzadəni hüquq-mühafizə orqanları saxlayıb. Bu haqda sosial mediada Skandinaviyada yaşayan azərbaycanlılar məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, yaxınları Elşən Qasımzadənin dünəndən xəbər ala bilmir. İsveçdəki azərbaycanlılar onun həbs olunmasını dəqiqləşdirsələr də, yerli polis mühacirin tutulmasının səbəbini açıqlamır. Elşən Qasımzadə ilə eyni şəhərdə - Geteborqda yaşayan Tural Yadigar da bu haqda “Facebook”da yazıb.

Elşən Qasımzadə Elşən Qasımzadə

“Polisə zəng etdim, dedilər ki, bu barədə məlumat verə bilmərik. Heç bir xəbər yoxdu. Gözləyirik, görək nə məsələdi”, - deyə Tural Yadigar bildirib.

Elşən Qasımzadə Respublikaçı Alternativ (ReAL) partiyasının üzvü kimi İsveçə mühacirət edib. O, 2016-cı ilin avqustunda 7 gün inzibati həbs cəzası almışdı. Həbsdən buraxılandan bir az sonra Avropaya getmişdi.

Son xəbərlər
Bütün xəbərlər »